“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş olunub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında nümayişə çıxarılıb.
QSC-nin yaydığı məlumatda bildirilir ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar Birləşmiş Krallıqda təşkil edilən ənənəvi Vindzor Kral Atçılıq Şousu çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib.
“AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları “Made in Azerbaijan” brendinin təşviqi, mədəniyyətimiz və incəsənətimizin təbliği məqsədilə təşkil edilən milli pavilyonu ziyarət edən Böyük Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu çərçivəsində təşkil edilən sərgi 11-14 may tarixlərində keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























