Bu ilin 4 ayında respublika üzrə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 mln. kVt·st, yəni 6,5 % artaraq 9 852,1 mln. kVt·st olub.
Hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-aprel aylarına nisbətən İES-lərdə 633,2 mln. kVt·st artaraq 9 266,1 mln. kVt·st, SES-lərdə 30,8 mln. kVt·st azalaraq 462,0 mln. kVt·st, digər mənbələr üzrə isə 2,1 mln. kVt·st azalaraq 124,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 21,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 19,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 83,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 892,8 mln. kVt·st (İES-lərdə 8 459,7 mln. kVt·st, SES-lərdə 433,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 128,95 mln. kV·st (İES-lərdə 85,91 mln. kVt·st, SES-lərdə 25,69 mln. kVt·st, Günəş ES-də 17,35 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 16,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 813,95 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində elektrik enerjisinin idxalı 41,1 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 1 244,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt·st artıb.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 mln. kVt·st və ya 2,4 % artaraq 2095,9 mln. kVt·st olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 mln. kVt·st, ixrac isə 9,7 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























