Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb
Azərbaycanın 3 sənaye parkı 10 ölkənin 40 sənaye parklarının siyahısında ilk onluqda yer alıb.
Xarici mətbuatın verdiyi məlumata görə, bu barədə “BIK Ratings” reytinq agentliyinin hazırladığı siyahıda qeyd edilib.
Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer tutublar.
Reytinq hazırlanarkən, sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib.
Nəticədə ilk onluğa Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar.
Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub. İkinci yerdə Rusiyanın Tatarıstan Muxtar Respublikasında yerləşən “Alabuqa” Xüsusi İqtisadi Zona, dördüncü yerdə Rusiyanın “Avanqard” Sənaye-Logistika Parkı, beşinci yerdə isə Rusiyanın “Ximqrad” İnvestisiya Sənaye Parkı qərarlaşıb.
Altıncı yeri Qazaxıstandakı "Milli Sənaye Neft-Kimya Texnoparkı" Xüsusi İqtisadi Zona tutur. Yeddinci pillədəki Pirallahı Sənaye Parkından sonra 8-ci yerdə yenə də Qazaxıstanın № 1 Sənaye Parkı qərarlaşıb.
Bu reytinq siyahısında Rusiyanın “Xrabrovo” Sənaye Parkı doqquzuncu olub. Reytinqin ilk onluğunu Azərbaycanın Qaradağ Sənaye Parkı qapayıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























