Yanvar-aprel aylarında 120 mindən çox Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 200 859 şəxs qəbul edilib və onlara 383.576 sayda xidmət göstərilib ki, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Marja xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Ümumi elektron xidmətlərin 88,6 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
-bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
-qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
-vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
-sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
-vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
-fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
-Asan İmza sertifikatlarının verilməsi;
-vergi ödəyicilərinə arayışların verilməsi;
-vergi ödəyicisinin fəaliyyətinin bərpası;
-fiziki şəxsin uçotdan çıxarılması.
Yanvar-aprel ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 8,9 mindən çox yazılı müraciət cavablandırılıb, 5,4 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 811 minə yaxın SMS göndərilib.
Dövr ərzində 1.297 vergi ödəyicisinin iştirakı ilə 97 görüş keçirilib, 1.695 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Yanvar-aprel aylarında ümumilikdə 79.449 müraciət üzrə 120.161 Asan İmza sertifikatı verilib. 5 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
1 saat əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

Bank sektoru depozitlərin hesabına böyüyüb

Rəsmi məzənnələr açıqlandı

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb
