“Azərsun” şirkəti ilə birlikdə “Pivəlik arpa emalı zavodu” layihəsinə başlayırıq"
“Hazırda ölkəmizdə pivə istehsalı üçün gərəkli keyfiyyətə malik arpa istehsal edən şirkətlərdən biriyik. Artıq 3 ildir ölkəmizə pivəlik arpa idxalı dayanıb. Qürurla deyə bilərik ki, biz buna Ceyrançöl ərazisindəki qeyri-münbit torpaq sahələrimizdə yetişdirdiyimiz arpa hesabına nail olmuşuq".
Marja xəbər verir ki, bunu “Azərşəkər” MMC İdarə Heyətinin sədr Anar Mehdiyev bildirib.
Mehdiyev əlavə edib ki, əsas hədəflərindən biri ixrac yönümlü məhsul becərməkdir. Bu istiqamətdə artıq ilk böyük addım atılıb. 2019-cu ildə “Carlsberg Azərbaycan” şirkəti ilə birlikdə pivəlik arpa becərilməsi üzərində işə başlanılıb:
"Cari ildən bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirərək “Azərsun” şirkəti ilə birlikdə İmişli rayonunda “Pivəlik arpa emalı zavodu” layihəsinə başlayırıq. Layihəyə Azərbaycan İnvestisiya Şirkəti də öz dəstəyini göstərir”.
Şirkətin sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatının yeni bir inkişaf mərhələsindən xəbər verən bu zavodun fəaliyyətə başlaması ilə ildə 15 milyon manatlıq idxalın əvəzlənməsinə nail olunacaq: “Bu zavod Cənubi Qafqazda pivəlik arpa və ondan səməni istehsal edən ilk müəssisə olacaq. Bu bizə qürur verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























