"Ötən il Bankımız işçibaşına 77 min 140 manat mənfəət əldə edib"
Müstəqil auditorlar tərəfindən təsdiqlənmiş maliyyə hesabatına əsasən, "PAŞA Bank Azərbaycan" 2022-ci ili 85 milyon 319 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, bunu 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
O qeyd edib ki, hər işçiyə düşən mənfəət 74 min 890 manatdan 77 min 140 manata yüksəlib. "PAŞA Bank" ASC-nin işçilərinin sayı 2022-ci ilin sonunda 1149 nəfərə çatıb. 2021-ci ilin sonunda Bankın işçilərinin sayı 1062 nəfər idi.
Murad Süleymanov qeyd edib ki, "PAŞA Bank"da xərclərin gəlirə nisbəti 2021-ci ildə 44.9% ikən, 2022-ci ildə 38.9%-ə düşüb. Xərclərin aktivlərə nisbəti isə 1.98%-dən 1.51%-ə geriləyib.
2022-ci ildə "PAŞA Bank Azərbaycan"ın cəmi aktivləri 2 milyard 6 milyon 559 min manat və ya 31.2% artaraq 31 dekabr 2022-ci il tarixində 8 milyard 433 milyon 415 min manata çatıb. 2021-ci ilin sonunda Bankın cəni aktivləri 6 milyard 426 milyon 856 min manat təşkil etmişdi.
Ötən il "PAŞA Bank" tərəfindən müştərilərə verilmiş kreditlər 7,4% və ya 193 milyon 769 artaraq 2 milyard 825 milyon 773 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








