"Azərxalça"nın zərəri daha da artıb, yığılmış zərəri 20 milyon manatı aşıb
Dövlət şirkəti "Azərxalça" ASC 2022-ci ili 3 milyon 368 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 3 miyon 199 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Azərxalça"nın xalis zərəri 169 min manat daha çox olub.
Marja.az xəbər verir ki, "Azərxalça" şirkətinin satışdan gəlirləri 2021-ci ildə 1 miyon 606 min manat ikən, 2022-ci ildə 1 milyon 551 min manata düşüb (56 min manat azalıb).
Ötən il "Azərçalça"nın cəmi gəlirləri (satış gəliri, faiz gəliri və sair gəlirləri) 2 milyon 506 min manat, cəmi xərcləri 5 milyon 874 min manat təşkil edib. Xərclərin böyük hissəsi ümumi və inzibati xərclərdir.
2022-ci ilin sonunda "Azərxalça"nın yığılmış zərəri 20 milyon 406 min manata çatıb. 2021-ci ilin sonunda Şirkətin yığılmış zərəri 17 milyon 39 min manat təşkil etmişdi.
Ötən il "Azərxalça"nın cəmi aktivləri 11 milyon 988 min manata azalaraq 2021-ci ilin sonundakı 102 milyon 796 min manatdan 90 milyon 808 min manata düşüb.
"Azərxalça"nın 15 milyon manatlıq nizamnamə kapitalı Azərbaycan hökumətinə məxsusdur. Şirkət Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























