Uzunmüddətli sabit gəlir imkanı - 23 MAYDA HƏRRACI KEÇİRİLƏCƏK
Anderrayteri “Unicapital İ.Ş.” olan MAX MMC istiqrazlarının BFB-də yerləşdirilməsinə başlanılır.(®) 28 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "MAX" MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.
Artıq BFB-da listinqdən keçmiş istiqrazların yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) 23 may 2023-cü il tarixində həyata keçiriləcəkdir. Bu barədə Marja-ya “Unicapital”dan bildirilib.
Qeyd edilib ki, çap avadanlıqları üzrə xidmətlər göstərən "MAX" MMC-nin nizamnamə kapitalının 1%-i Abbasov Anar Alik oğluna, 73,99%-i "MAX Gürcüstan" şirkətinə və 25,01%-i "PAŞA İnvestments" MMC-yə məxsusdur.
Bildiyiniz kimi, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzində olmuşdur.
“Unicapital İ.Ş.” ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir.
Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.
Məlumat üçün qeyd edək ki, hərracın baş tutacağı tarix yerləşdirmədən ən az 2 iş günü öncə Bakı Fond Birjasının rəsmi internet saytı vasitəsilə ictimaiyyətə açıqlanacaqdır.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər buraxılışın anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-ə və ya BFB-a üzv olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, fiziki şəxslər 01.02.2023-cü il tarixindən etibarən 5 il müddətinə Bakı Fond Birjasında kütləvi təklif edilmiş istiqrazları əldə etdikdə (bank depozitlərindən fərqli olaraq) faiz ödənişi zamanı faiz gəlirləri üzrə 10% gəlir vergisindən azaddırlar.
8 Noyabr Prospekti 15, Azure Business Center
+994(50) 527 11 17
+994(12) 541 33 33
117 (5)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 26 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ























