Gəncədə ümumi məhsul buraxılışı 10,1 faiz artıb
2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsində Marja-ya daxil olmuş məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı (ÜMB) 321,3 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 10,1 faiz artmış, əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 971,9 manat təşkil etmişdir.
ÜMB-nin ümumi həcmində istehsal sahələrinin xüsusi çəkisi 59,0 faiz, xidmət sahələrinin xüsusi çəkisi 41,0 faiz təşkil edir. Məhsul və xidmətlərin 74,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,9 faiz artmışdır.
İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 171,8 milyon manat (53,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 0,7 milyon manat (0,2 faiz), tikintidə 17,1 milyon manat (5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 13,9 milyon manat (4,3 faiz), informasiya və rabitədə 1,8 milyon manat (0,6 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 116,0 milyon manat (36,1 faiz) təşkil etmişdir.
Məhsul buraxılışının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə sənayedə 9,7 faiz, kənd təsərrüfatında 91,6 faiz, tikintidə 73,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 46,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 1,3 faiz artmış, informasiya və rabitə xidmətlərində 0,7 faiz azalmışdır.
Bütün maliyyə mənbələrinidən əsas kapitala 19 milyon 729,8 min manat məbləğində vəsait yönəldilmiş, vəsaitlərin 17 milyon 50,9 min manatı, yaxud 86,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə şəhər üzrə 330,3 min nəfər, o cümlədən kişilər 161,0 min nəfər, qadınlar 169,3 min nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 d. əvvəl
- 34 d. əvvəl
-
-
44 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Buğda qiymətlərində artım başlayıb
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb







.jpg)










.jpg)






