Türkiyə Mərkəzi Bankının xalis ehtiyatı mənfi 4,4 milyard dollar olub
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının xalis ehtiyatı seçkidən bir həftə əvvəl mənfi 4,4 milyard dollar olub. Beləliklə, xalis ehtiyatda tarixi aşağı səviyyə qeydə alınıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatları seçkiyə bir həftə qalmış azalmağa davam edib.
Marja.az TCMB-nin məlumatına istinadən xəbər verir ki, cəmi ehtiyatlar 26 may həftəsində 3,1 milyard dollar azalaraq 98,5 milyard dollara düşüb. Son 2,5 ayda TCMB-nin cəmi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub.
Xalis ehtiyatda isə tarixi aşağı səviyyə qeydə alınıb. Məlumata görə, TCMB-nin xalis ehtiyatı mənfi 4,4 milyard dollar təşkil edib.
Svoplar istisna olmaqla xalis ehtiyat pisləşməkdə davam etmişdir. 26 May həftəsində xalis ehtiyat mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeydə alınmışdı.
Yerli rezidentlərin valyuta depozitləri 7 milyard dollar azalıb
Mayın 26-sı həftəsində yerli rezidentlərin xarici valyutada depozitlərinin sürətlə xaricə getməsi də diqqəti cəlb edib. Əvvəlki həftədə 183 milyard dollar olan yerli sakinlərin xarici valyuta depozitləri 26 Mayda bitən həftədə 176 milyard dollara düşüb.
Fiziki şəxslərin xarici valyutada depozitləri əvvəlki həftə ilə müqayisədə 3,9 milyard dollar azalaraq 105,8 milyard dollar, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 3 milyard dollar azalaraq 70,3 milyard dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 23 d. əvvəl
-
- 31 d. əvvəl
-
37 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
