“Yaş baramanın alış qiyməti artırılarsa, bu sahəyə maraq daha çox olar”
Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 31 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb və onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi yekunlaşmaq üzrədir.
Rayonun Mazıx kəndində kümçü İlham Bağırovun ailə təsərrüfatında olub, ipəkqurdunun yemlənməsi prosesini izləyib.
Ailə ikinci ildir ki, baramaçılıqla məşğuldur. Ötən il Bağırovlar ailəsi 35 qram ipəkqurdu bəsləyib, 130 kiloqram yaş barama istehsal edib. Ailə qısa müddətdə baramaçılıqdan 1400 manatdan çox gəlir qazanıb. Kümçü ailəsi cari mövsümdə ötən ildəkindən 3 dəfəyədək çox, yəni 110 qram ipəkqurdu bəsləyir. İpəkqurdunun yemlənməsi prosesində ona kənd sakini Hidayət də yaxından kömək edir. Təsərrüfat sahibi ipəkqurdunun bəslənməsi üçün yardımçı tikilidə xüsusi yer ayırıb, rəflər quraşdırıb. Kümçü ailəsi ipəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını həyətlərindəki, həmçinin kənd ərazisindəki tut ağaclarından tədarük edir.
“Əziyyəti çox olsa da, baramaçılıq sərfəli və gəlirli sahədir. Gərək ipəkqurdunun yemlənməsi prosesinə və kümxanada temperatur rejiminə düzgün əməl edəsən. Bu il azından 300-350 kiloqram yaş barama istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bir həftədən sonra baramamız hazır olacaq. Hər şey istədiyimiz kimi olsa, bu il ailəmizin büdcəsinə daha çox vəsait daxil olacaq”, - deyə İlham Bağırov vurğulayıb.
Kümçü söhbət əsnasında bildirib ki, yaş baramanın alış qiyməti bir-iki manat da artırılarsa, kənd adamlarının bu sahəyə marağı daha da artar.
Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Təsərrüfatda olarkən kəndin ərazi icra nümayəndəsi Nüşabə Məmmədova ilə qarşılaşırıq. Nümayəndənin sözlərinə görə, ötən il kənddə 4 kümçü ailəsi ipəkqurdunun bəslənməsi ilə məşğul olub, onlara 228 qram ipəkqurdu toxumu verilib, 578 kiloqram yaş barama istehsal edilib. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan, ümumilikdə, 6 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə isə kənd üzrə 9 kümçüyə 205 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 600 kiloqramdan çox olacağı gözlənilir.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
2 d. əvvəl
"Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirllər"
-
26 d. əvvəl
5 bankın hər birinin 9 aylıq əməliyyat mənfəəti 58 milyon manatdan çoxdur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi
-
1 saat əvvəl
Gədəbəyin İcra başçısı, Göyçayın İcra başçısı vəzifəsində işləyəcək
-
1 saat əvvəl
Vüqar Novruzov Naftalanın İcra başçısı vəzifəsindən azad olundu, Göygölün başçısı təyin edildi
-
1 saat əvvəl
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Göyçayın İcra başçısı Balakənə göndərildi
Gədəbəyin İcra başçısı, Göyçayın İcra başçısı vəzifəsində işləyəcək
Vüqar Novruzov Naftalanın İcra başçısı vəzifəsindən azad olundu, Göygölün başçısı təyin edildi
Ən çox oxunanlar
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Elvin Paşayev Göygöldən Qaxa göndərildi
Kürdəmirin icra başçısı vəzifəsindən azad edilib, Nəsimi rayonun başçısı təyin edildi
Dolların 13,5% dəyər itirəcəyi proqnozu verilib - Dollar Gülümsəməsi












.jpg)










.jpg)
