"Unicapital İnvestisiya Şirkəti"ndən bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
• Daxili bazarda faizlərdə artım müşahidə edilməkdədir. Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı müvafiq olaraq, 8.44% və 9.32% (aprel ayında 8.00% və 8.20%) orta ölçülmüş və kəsmə gəlirliliklə nəticələndi.
• Bu həftə AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 1 illik istiqrazlarının hərracı keçiriləcək. Aprel ayında 1 illik istiqrazlarda orta ölçülmüş gəlirlilik 5.70% olmuşdu. Bundan əlavə iyun ayında 60 milyon AZN həcmində 2 illik, 50 milyon AZN həcmində 3 illik və 50 milyon AZN həcmində 5 illik istiqraz hərraclarının keçirilməsi planlaşdırılıb.
• AR Mərkəzi Bankının notlarında gəlirliliklər artaraq son hərracda 7.74%-9.42% aralığından 7.93%-9.74% aralığına çatmışdır. 1 iyun tarixində keçirilən 6 aylıq və 9 aylıq notlarda kəsmə gəlirliliklər 9.88% və 10.28% olmuşdur.
Qlobal bazar
• Ötən həftə ABŞ-da işsizlik məlumatları açıqlandı. Qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik ötən aya nəzərən artaraq 253k-dan 339k-a yüksəlmişdir. Analitiklərin gözləntisi 195k idi. İşsizlik dərəcəsi isə əhəmiyyətli dərəcədə artaraq 3.4%-dən 3.7%-ə yüksəlib. Gözlənti 3.5% idi.
• Avrozonada isə işsizlik gözləntilərə uyğun olaraq 6.5% açıqlanıb.
• Avrozonada inflyasiya (istehlak qiymətləri indeksi) gözlənilən 6.3%-dən də çox azalmış, 6.1%-ə düşmüşdür. Apreldə Avrozonada inflyasiya 7.00% idi.
• Türkiyədə 1-ci rübün sonuna illik iqtisadi artım iqtisadçıların gözləntilərindən (3.5%) çox, 4.00% olub.
• Həmçinin, Türkiyədə inflyasiya da azalaraq 43.68%- dən 39.59%-ə düşmüşdür.
• Rusiyada da işsizlik azalaraq 3.5%-dən 3.3%-ə düşmüşdür.
• Bu həftə Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın 2.31%-dən 2.50%-ə qalxacağı gözlənilir.
• Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Qərarda uçot dərəcəsinin dəyişdirilməyərək 7.50% səviyyəsində saxlanılacağı proqnoz edilir.
• Dünən neft hasilatı ilə bağlı OPEC+ ölkələrinin 35-ci görüşü keçirilib. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. Səudiyyə Ərəbistanının iyul ayında gündəlik hasilatı əlavə 1 milyon barel də azaldacağı qərarından sonra neft qiymətləri yüksəlib, WTI markalı neftin qiyməti 5% artıb. Növbəti görüş 26 noyabrda keçiriləcək.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















