Azərbaycan və İtaliyanın tanınmış memarları birgə şirkət yaradıb
Azərbaycanlı memar Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən “Fernando & Rafael” beynəlxalq şirkəti yaradılıb və fəaliyyətə başlayıb. Məqsəd İtaliyalı memarın zəngin təcrübəsini Azərbaycanda reallaşdıracağımız layihələrdə uğurla tətbiq etməkdir.Azərbaycan ilə İtaliya arasında memarlıq və dizayn sahəsindəki əməkdaşlıq daha da genişlənir. Zəngin italyan memarlığı hər zaman ölkəmiz üçün maraqlı olub. “Fernando & Rafael” şirkətinin yaradılması iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında böyük töhfə verəcək.
Bu fikirlər "Fernando & Rafael" Architecture and Design şirkətinin rəsmi açılış mərasimində səsləndirilib. Tədbirdə Mədəniyyət və incəsənət xadimləri, iş adamları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
“Era Design” dizayn şirkətinin təsisçisi və baş memarı Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən yaradılan "Fernando & Rafael" Memarlıq və Dizayn şirkəti ölkələr arasında olan tarixi dostluğun, memarlıq sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir. Tədbirin giriş hissəsində əməkdaşlıq memorandumu imzalayan memarlar yeni yaradılan şirkət və ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.
“İtaliya arxitektura irsinin zənginliyi hər zaman məni valeh edib. Dəfələrlə həmin ölkəyə gedərək memarlıq sahəsinə aid beynəlxalq konfranslarda iştirak edərək böyük təcrübə topladım. Bu gün "Fernando & Rafael" memarlıq şirkətini yaratmaqla ölkəmizdə bir ilkə imza atdım. Novatorluğu və yenilikliyi sevən memarlar olaraq Azərbaycan və İtaliya arasında olan tarixi dostluğa söykənib, istedadımıza arxalanaraq bu şirkəti yaratdıq. Məqsədimiz və amalımız birdir - İtaliyalı memarın zəngin təcrübəsini ölkəmizdə reallaşdıracağımız layihələrdə uğurla tətbiq etməkdir. Biz inanırıq ki, bu iş birliyimiz ölkələrimizə uğur gətirəcək və gözəl nəticələr əldə edəcəyik”, - deyə Rafael Abbasov qeyd edib.
İtaliyalı memar Fernando Mosca öz növbəsində vurğulayıb ki, uğurlu əməkdaşlıq xalqlar arası dostluq münasibətlərinə və tarixi-mədəni əlaqələrə əsaslanır.
“Rafael Abbasov kimi istedadlı memarla iş birliyi qurmaq və uğurlu layihələrə imza atmaq çox qürurvericidir. Sevindiricidir ki, Azərbaycanda memarlıq sahəsinə belə böyük önəm verilir. Biz çalışacağıq ki, bərabər şəkildə ərsəyə gətirdiyimiz bütün memarlıq layihələrində daim mükəmməllik axtaraq. Yeni yaratdığımız şirkət bizim dostluğumuzu daha da möhkəmləndirir, yaradıcılıq baxımında bizi sıx birləşdirir və möhtəşəm işlər görməyə sövq edir”, - deyə Fernando Mosca bildirib.
Əminliklə demək olar ki, “Fernando & Rafael” şirkəti qoyduğu hədəflərə doğru inamla irəliləyəcək və Azərbaycanın memarlıq sahəsinin inkişafına böyük töhfə verəcək.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat sonra
-
-
2 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 8 d. əvvəl
- 18 d. əvvəl
- 34 d. əvvəl
-
35 d. əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 40 d. əvvəl
-
48 d. əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
-
49 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 56 d. əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz





















