TuranBank 31 yaşını qeyd edir!
31 ildir ki, etibarlı tərəfdaşınız olmaqdan qürur duyuruq! TuranBank 800-ə yaxın əməkdaşı ilə 19 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olub.(®) 1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilmişdir.
Fəaliyyətinin 31-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini vermiş, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin etmişdir. Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlamış, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmişdir. Həmçinin, 800-ə yaxın əməkdaşı ilə 19 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olmuş və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.
Fəaliyyət göstərdiyi müddətdə Bank rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışaraq xidmət səviyyəsini yüksəltmək məqsədilə mühüm dəyişikliklər həyata keçirmiş və hazırda yenilənmiş İnternet bankçılıq sistemi, bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil tətbiqi ilə müştərilərinə rahat və məsafədən bank xidmətləri göstərməklə hər dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanmışdır.
TuranBank 31 illik fəaliyyəti ərzində daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını genişləndirərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İpoteka Krediti Zəmanət Fondu (İKZF), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Incofin İnvestisiya Fondu, Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmuşdur.
31 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, özünəməşğulluq proqramı çərçivəsində işsiz şəxslərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olmuşdur. Eyni zamanda, qeyd edilən istiqamətdə olan işlərin davamı olaraq, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edilmişdir. Təsadüfi deyil ki, Bank ardıcıl 3 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür. TuranBank bundan sonra da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcəkdir.
TuranBank adından 31 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərin təşəkkür edir və həyata keçirdiyi hər bir layihədə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini aşacağına əminliyimizi bildiririk.
Çünki adı güvən, imzası etibar yaradır!
TuranBank
Bizimlə etibarlıdır...
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 1 saat sonra
- 28 d. əvvəl
-
-
59 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
1 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 13 saat əvvəl
-
16 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
16 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Ən çox oxunanlar
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək





















