"Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər"
Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər.
Marja xəbər verir ki, bu barədə ACRA reytinq agentliyinin rəhbəri Mixail Suxov çərşənbə axşamı dərc olunan "İzvestiya" ya müsahibəsində bildirib .
"Yaxın üç ildə 50 bank Rusiya bazarını tərk edə bilər", - Suxov deyib.
Onun sözlərinə görə, Rusiya bazarını tərk etməyin səbəbləri müxtəlidir Ekspert onları şərti olaraq üç qrupa ayırıb.
"Birincisi xaricilərdir. Buradan çıxışın sürəti daha çox inzibati qərarlardan və baş bankların tənzimləyiciləri ilə münasibətlərdən, həmçinin getməyin nə qədər sərfəli olmasından asılıdır", - Suxov əlavə edib.
"İkinci qrup iri şirkətlərə və ya müəssisələrə məxsus kiçik banklardır. Məsələn, ödəniş biznesinə xidmət göstərənlər. İndiki şəraitdə aydın olur ki, əməliyyat biznesi yeganə gəlir mənbəyi ola bilməz, bu daha sərfəli bazarlara - kreditləşməyə çıxmaq lazımdır. Amma aşağı kapitalla hər kəs uğur qazana bilməz”, - deyə agentlik rəhbəri vurğulayıb.
Üçüncü qrup daha böyük holdinqlərə daxilində yerləşən kredit təşkilatlarıdır, çünki onların sahibləri xərclərin azaldılması çərçivəsində bu təşkilatları bağlaya bilərlər.
ACRA banklara reytinq verir.
Mayın 5-də "Raiffeisen Bank International" bank qrupu Rusiya Federasiyasındakı törəmə şirkəti olan "Raiffeisenbank Russia" istisna olmaqla, bütün Rusiya bankları üçün müxbir hesablarını bağladığını elan eedib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















