Azərbaycan bankı sığorta şirkətindəki payını artırıb
"Bank Respublika" ASC "Bakı Sığorta" ASC-nin nizamnamə kapitalındakı payını artırıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin Aprel ayında Bank "Bakı Sığorta" ASC-nin əlavə 3303 səhmini (bir səhm üçün 760 manat) satın almaqla, "Bakı Sığorta" ASC-də iştirak payını 51,29%-dən 79,42%-ə artırmışdır (payı 28,13 faiz bəndi artıb).
Ötən ilin sonunda "Bakı Sığorta" ASC-nin səhmdarları Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%), "Bank Respublika" ASC 51,29% ,"Dimond Motors" MMC (1,52%), "Ekolizinq" MMC (6,68%), "Yeni Motor" MMC (6,84%) "Toyota Abşeron Mərkəzi" MMC (19,76%) idi.
Payların hesablanmasından məlum olur ki, avtomobil satışı ilə məşğul olan "Dimond Motors" MMC, "Yeni Motor" MMC və "Toyota Abşeron Mərkəzi" MMC "Bakı Sığorta" ASC-dəki paylarını satıblar.
"Bakı Sığorta"nın rəsmi saytında edilmiş yenilənməyə görə, 8 925 444 manat nizamnamə kapitalı olan şirkətin səhmdarları “Bank Respublika” ASC, “Ekolizinq” MMC və 2 fiziki şəxsdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
1 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
2 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Ən çox oxunanlar
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!



















