Code Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuture layihəsinin Bakı Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin tələbələri üçün məzun günü keçirilib.
Code Academy-nin yaydığı məlumatda bildirilir ki, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru Elçin Babayev, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin sədr müavini Kamran Rəsulov, Code Academy tədris müəssisəsinin təsisçisi və icraçı direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti haqqında məlumat vermiş, yüksək nəticə ilə tədrisi bitirən tələbələri təbrik edərək, diplomlarını təqdim ediblər.
Ümumilikdə, Bakı Dövlət Universitetində Code Academy tərəfindən 4 semestr icra olunan #CodeForFuture layihəsi çərçivəsində 276 tələbə təhsil alıb, əmək bazarına hazır kadr kimi formalaşaraq, aşağıdakı əsas üstünlükləri əldə ediblər:
-BDU məzunu olaraq diplomun alınması
-Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat
-Layihə işləri əsasında ilk peşəkar portfolionun formalaşması
-Beynəlxalq sertifikat qazanaraq, iş həyatına rahatlıqla başlama imkanı.
2022-2023-cü tədris ilinin payız semestri üzrə 100 tələbənin iştirakı ilə davam edən layihədə proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu sahələrinin tədrisi həyata keçirilmişdir. Tələbələr tədris müddəti ərzində əldə etdikləri bilikləri real iş mühitinə uyğun hazırladıqları kiçik və final layihələr üzərində tətbiq edərək, praktiki bacarıqlarını da inkişaf etdiriblər.
BDU-da hər semestr əldə olunan nəticələr digər semestrlə müqayisədə daha da yüksək olub. Belə ki, 2022-2023-cü tədris ili ərzində Sistem və Şəbəkə administratorluğu proqramı üzrə təhsil alan 48 tələbədən 37 nəfəri beynəlxalq CompTIA A+ Core1 və Core2 sertifikatı, 1 nəfər isə həm də CCNA sertifikatı əldə etmişdir. Bu sertifikatı əldə edən şəxslərin hər biri rəqabətli əmək bazarında çox rahatlıqla iş imkanı qazanırlar. Həmçinin, payız semestrindən məzun olan 100 tələbədən 17 nəfəri yüksək şərəf, 27 nəfəri isə şərəf diplomu əldə edərək, təhsilini çox yüksək nəticələrlə başa vurublar.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə icrasına start verilən layihə uğurla davam edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyilə Technest təqaüd proqramı çərçivəsində regionlarda həyata keçirilir, daha da genişlənərək, minlərlə tələbənin gələcəyinə töhfə verir. Hal-hazırda, hər iki nazirliyin dəstəyilə Code Academy AzTU, BDU, AzMİU, LDU, SDU və GDU-da tədrislərini davam etdirir.
Layihə haqqında ətraflı məlumatla https://forfuture.code.edu.az saytına keçid edərək tanış ola bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
11 d. əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
13 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
13 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
13 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb




















.jpg)




