AZAL və “Türk Hava Yolları” Bakı və İstanbul hava limanlarında transfer prosesini sadələşdirib
Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları öz sərnişinləri üçün Bakı və İstanbul hava limanlarında transfer prosesini daha rahat və səmərəli etmək üçün səylərini birləşdirib.
Belə ki, AZAL-ın Bakıdan İstanbula və ondan sonra “Türk Hava Yolları” reyslərində səyahət edən sərnişinlər vahid minik talonu əldə edə və bütün marşrut üzrə baqajlarını son təyinat məntəqəsindək rəsmləşdirə bilərlər.
AZAL-dan bildirilib ki, bu əməkdaşlıq sayəsində bir aviaşirkətdən digərinə keçid daha rahat olacaq və sərnişinləri vaxtlarına qənaət edərək lazımsız rəsmiyyətlərdən azad edəcək.
Əldə edilən razılıq həm marşrut şəbəkəsinin müxtəlif məntəqələrindən səfərlərini davam etdirmək üçün “Türk Hava Yolları”nın uçuşlarını seçən AZAL sərnişinləri, həm də Bakı vasitəsilə İstanbuldan səyahət edənlər üçün maksimal rahatlıq təmin edəcək.
İki milli aviadaşıyıcının səylərinin birləşdirilməsi xidmət keyfiyyətini və sərnişin rahatlığını yaxşılaşdırmaq üçün daim təkmilləşmək və qabaqcıl həllər təklif etmək təşəbbüsünün göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















