Rabitəbank 30 ucqar kənd məktəbində kitabxana qurdu
(®) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə Rabitəbank daha bir sosial yönümlü xeyriyyə aksiyası həyata keçirdi. Bank, bu dəfə “KitabGəzər”-in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin ucqar kənd məktəblərini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxana qurdu.
Belə ki, bankın rəhbərliyi və əməkdaşları Xaçmaz, Saatlı, Füzuli, Neftçala, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Göygöl, Gədəbəy, Qazax, Ağstafa, Tovuz və Zaqatala rayonlarının 30 kənd məktəbində uşaqlarla görüş keçirərək, yeni qurulan kitabxana ilə onları tanış ediblər.
Görüşdə indiyə kimi ən çox kitab oxumuş məktəblilərə xüsusi hədiyyələr verildi və uşaqlarla maraqlı söhbət edilmişdir.
Qeyd edək ki, uşaqların yaş kateqoriyasına uyğun seçilmiş kitablardan ibarət yeni kitabxanaların qurulmasında bankın əsas məqsədlərindən biri uşaqlarda oxumağa qarşı olan sevgi və marağın artırılmasına, gələcəkdə böyük nailiyyətlər əldə edilməsinə sövq etməkdir.
Cəmiyyətimizdə təhsilin vacibliyinə önəm verən və hər zaman uşaqların gələcəyini düşünən Rabitəbankın bu cür xeyriyyə məqsədli sosial layihələrə gələcəkdə də dəstək olmağa davam etməyi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
-
- 10 d. əvvəl
-
12 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 12 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























