PAŞA Həyat və İRS Nəşriyyat Evi İtaliyada “Dirçəliş. Başlanğıc” kitabını təqdim edib
(®) 15 iyun tarixində PAŞA Həyat və İRS Nəşriyyat Evi Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində yeni nəşr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimatını keçirib.
“Qurtuluş Gününə” həsr olunmuş tədbirdə Azərbaycan diasporasının üzvləri, yerli akademik dairələrin təmsilçiləri iştirak etmişdir.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov və İRS Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı çıxış etmiş, işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri haqda ətraflı məlumat vermişdilər.
Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində sayca 21-ci olan “Dirçəliş. Başlanğıc” kitabı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yeni nəşrin məqsədi Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişiklikləri maksimal dərəcədə tam təsvir etməkdən ibarətdir. Kitab üçün xüsusi xəritə işlənilib ki, burada bütün proseslərin aparılma mexanizmi və onların mərhələləri göstərilir. Regionun dinc həyata qayıtması, avtomobil və dəmir yollarının çəkilməsi, bərpa edilən və yenidən tikilən su elektrik stansiyalarının, yeni hava limanlarının fəaliyyət göstərməsi, dağıdılmış şəhər və kəndlərin dirçəldilməsi haqda məlumatlar kitabda öz əksini tapıb.
Kitab azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
13 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























