Azərbaycanda dövlət şirkətində çox az rast gəlinən vəziyyət
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gəlirlərinin və xalis mənfəətinin artdığını açıqlayıb.Azərbaycanda dövlət şirkətləri adətən zərər açıqlayırlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC isə fərqlənir.
Marja.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 2022-ci ili 65 milyon 441 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2021-ci ili 51 milyon 792 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2022-ci ildə 2021-ciillə müqayisədə 13 milyon 649 min manat və ya 26,3% artıb.
GƏLİRLƏRİ 111 MİLYON MANATA YAXIN ARTIB
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəlirləri 2021-ci ildə 459 milyon 133 min manat ikən, 2022-ci ildə 570 milyon 71 min manata yüksəlib (110 milyon 938 min manat və ya 24,2% artıb).
Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 32 milyon 827 min manat digər gəlirlər də əldə edib.
2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin cəmi gəlirləri 602 milyon 898 min manat, cəmi xərcləri 537 miylon 457 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ild dövlət şirkətinin cəmi gəlirləri 488 milyon 102 min manat, cəmi xərcləri 436 milyon 310 min manat təşkil etmişdi.
2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) istiqraz buraxılışı yolu ilə kapital bazarındakı investorlardan 100 milyon dollar borc alıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımalar ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
























