1,6 milyon manat vergiləri yayındıran şəxs həbs olundu - 16 ŞİRKƏTİN RƏHBƏRİ OLUB
1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni məlumat yayıb.
Marja.az məlumatı təqdim edir:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlayıb. Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.
Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Alməmmədov Mehman Allahverdi oğludur.
Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə ittiam aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə Alməmmədov Mehman Allahverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 06.12.2022-ci il tarixli hökmü ilə o, digər bir cinayət işi üzrə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq sahəsində vəzifə tutma, 3 il azadlıqdan məhrumetmə cəzasına əvvəlki cəza əlavə olunaraq, ümumilikdə 2 il 6 ay müddətində sahibkarlıq sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət tərkibi yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 8 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 42 d. əvvəl
-
44 d. əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
53 d. əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Ən çox oxunanlar
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
















