Gecə Türkiyədə Dollar daha da bahalaşıb
1 Dollar 25 türk lirəsini də keçdi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Gaye Erkanın rəhbərliyi altında dünən keçirilən ilk iclasda uçot dərəcəsi 6,50 faiz bənd artırılaraq 8,50%-dən 15%-ə yüksəldilib.
Marja.az xəbər verir ki, faiz qərarından sonra Lirənin sürətlə ucuzlaşması müşahidə olunur.
Mərkəzi Bankın faiz qərarından əvvəl 23.49-a kimi düşən dollar/TL məzənnəsi qərardan sonra 24.60-ı keçərək rekord qırıb. Qərardan əvvəl 25,71-ə kimi düşən Avro/TL, qərardan sonra 27-ni keçib.
Bu gecə Dollar Türk lirəsi qarşısında 2%-ə yaxın da dəyər qazanaraq 25,48 səviyyəsini keçərək yeni rekord həddi görüb. Avro isə 27,88 lirə səviyyəsini keçib.
Mərkəzi Bankın faiz qərarından sonra Lirə Dollar qarşısında 8,5% ucuzlaşıb.
BAZAR QƏRARI BƏYƏNMƏDİ
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,50%-dən 15%-ə qaldırıb. Bazarlar Mərkəzi Bnkın uçot dərəcəsini 25%-ə yaldıracağını gözləyirdi. Mərkəzi Bank uçot dərəcəsini 15%-ə yüksəltdiyi üçün bazarlar məyus olub. Artım bazar gözləntilərindən aşağı olsa da, faiz dərəcələrində mərhələli artımın davam edəcəyi mesajı verilib. Bank sonuncu dəfə 2021-ci ilin martında faiz dərəcələrini artırmışdı.
Qeyd edək ki, Prezident seçkisindən öncə Türkiyədə Dolların qiyməti 19 lirə səviyyələrində idi. Ötən bir aydan az müddətdə Türk Lirəsi Dollar qarşısında 30%-dən çox dəyər itirirb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)









