“Maxim”dən xəbərdarlıq - Taksi hamı üçün əlçatan olmayacaq
“Maxim”dən yeni tələblərə etiraz! Qiymət artacaq, təlabat azalacaq, sürücülər qazanmaq imkanından məhrum olacaqlar.“Maxim” “Avtomobil nəqliyyatı haqqında” qanuna düzəlişlərin sərfəli nəqliyyatda necə əks oluna biləcəyini şərh edib.
“Maxim” xidmətinin mətbuat xidmətindən Marja.az-a daxil olmuş məlumatda bildirilir:
İyunun 16-sı Azərbaycan parlamentinin növbədənkənar iclasında birinci oxunuşda “Avtomobil nəqliyyatı haqqında” qanuna və sərnişin daşımalarına aid digər qanunlara dəyişikliklərin daxil edilməsi ilə bağlı qanun layihəsi təsdiq olunub.
Dövlət tənzimləməsi, o cümlədən icbari lisenziya və həm hüquqi, həm də fiziki şəxslər üçün daşımaya bir sıra icazələr tətbiq etmək təklif olunur.
“Maxim” xidmətinin ekspertlərinin qiymətləndirmələrinə görə, nəqliyyat xidmətlərinin qanunvericiliklə tənzimlənməsini hamı – həm sürücülər, həm də sərnişinlər hiss edəcəklər.
Dövlətin yeni siyasəti nəqliyyat xidməti bazarında qlobal dəyişikliklərə gətirib çıxaracaq. Nəzərdən keçirilən düzəlişlər bu sahədə qiymət qoyulmaya mənfi təsir edəcək ki, bu da sərnişinlərin xidmətə tələbatında özünü göstərədək – qiymətin artması ona gətirib çıxaracaq ki, taksi hamı üçün əlçatan olmayacaq.
Bundan başqa, sürücülərə bəzi mexanizmlərin və tələblərin irəli sürülməsi, məsələn, reysöncəsi icbari tibbi müayinə aqreqator platformaları ilə əməkdaşlığı iqtisadi səmərəsizlik və texniki xüsusiyyətlər sarıdan mümkünsüz olmasa belə, çox mürəkkəbləşdirəcək – heç də hər yerdə gün boyu tibbi yoxlamadan keçmək imkanı yoxdur. Rəqəmsal inkişaf və nəqliyyat nazinin dediyinə görə, taksi sürücülərinin 90%-dən çoxu hazırda sifarişin onlayn-platforması vasitəsilə gedişlər edirlər və xidmətin qiymətləndirməsinə görə, şəxsi avtomobillərdə həyata keçirilən daşınmaların çoxu qismən məşğulluq xarakteri daşıyır, bu səbəbdən də müxtəlif icazələrin sənədləşdirilməsinin müntəzəm məcburi xərcləri onların işi üçün maneə yaradacaq – bu zaman insanlar qazanmaq imkanından məhrum olacaqlar.
“Maxim” xidmətinin məqsədi əhaliyə əlçatan və rahat xidmətin təqdim olunması, o cümlədən sürücü-partnyorlara əlavə qazanc imkanları yaratmaqla nəqliyyat infrastrukturunu yaxşılaşdırmaqdır. Beləliklə, nəqliyyat sahəsinə aid məsələlərin həlli bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilıməli və bazar iştirakçılarının tələbatlarını məmnun etməlidir, çünki təkcə dialoq hər kəs üçün məhsuldar və əlverişli ola bilər.
“Maxim” aqreqatorlardan biridir. Xidmət Azərbaycan Respublikasında öz fəaliyyətinə 2017-ci ildə başlayıb, ilk şəhər Bakı olub. Hazırda xidmət daha dörd şəhərdə – Qəbələ, Sumqayıt, Gəncə və Mingəçevirdə əlçatandır.
Şirkət 2003-cü ildən nəqliyyat sifarişi və digər xidmətlərin innovasiya texnologiyalarını yaradır ki, bu da onu daha müasir, əlçatan və təhlükəsiz edir. Xidmət qeyri-məhdud sayda sifarişçiləri və icraçıları qoşmağa və milyonlarla sifarişi işləməyə imkan verən proqram-aparat kompleksi yaradıb. “Maxim” xidmətinin sifarişi üçün əlavə və Taxsee Driver sifarişləri ilə iş üçün əlavə milyonlarla istifadəçisi olan dünya əlavələri reytinqindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
56 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
3 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)







.jpg)












