Twitter-in rəqibləri İlon Maskın qərarları ilə böyüyürlər
İlon Maskın Twitter-i aldığı gündən etibarən giriş problemləri, müxtəlif dəyişikliklər və yeni qaydalar istifadəçiləri fərqli platformalara yönəlməsinə səbəb olub.
Marja xəbər verir ki, həftəsonu Twitter istifadəçiləri, Maskın oxuna biləcək tvitlərin sayına məhdudiyyət tətbiq olduğunu bildirməsindən sonra xidmət almaqda problemlər ilə üzləşmişdilər.
Keçmiş Twitter-çilər tərəfindən qurulan və cəmi bir neçə həftə əvvəl qapalı beta olaraq istifadəyə verilmiş Spill-də 100.000-dən çox insan bu həftə sonu yeni hesablar yaradıb.
Twitter qurucusu Jack Dorsey tərəfindən maliyyələşdirilən Bluesky də gözəl bir həftə sonu keçirib. Bluesky-in istifadəçilərinin sayı cümə günü təxminən 184.000 istifadəçidən bazar ertəsi təxminən 238.000 istifadəçiyə yüksəlib.
Twitter-in alternativi olan The Post, Twitter istifadəçilərinin limit problemləri ilə üzləşməyə başladığı şənbə günündən bəri gündəlik aktiv istifadəçilərin 4 dəfə, yeni qeydiyyatdan keçənlərin isə 10 dəfə artdığını açıqlayıb. Şirkət istifadəçilərin dəqiq sayını açıqlamaqdan imtina edib.
Mastodon, Twitter-in rəqibləri arasında seçilməyi bacaran başqa bir sosial media platformasıdır. Mask Twitter-i satın almadan əvvəl Mastodon-un aylıq təxminən 380.000 aktiv istifadəçisi var idi. Açıq mənbəli vahid platforma iki ay ərzində 2,5 milyon aktiv istifadəçiyə çatıb.
Facebook və Instagram-ın daxil olduğu Meta şirkətinin Twitter-ə rəqib olaraq qurduğu Threads platformasının cümə axşamı günü istifadəyə veriləcəyi açıqlanıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















