ADA-nın “Yay məktəbi” Azercell-də!
Ölkənin lider mobil operatoru ADA Universitetinin təşkil etdiyi “Yay məktəbi”ni qonaq etdi(®) Yay mövsümündə şagirdlərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə ADA Universitetinin ənənəvi olaraq həyata keçirdiyi “Yay məktəbi” Azercell-ə səfər edib. Məktəbin “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində Azercell-in ekspertləri şagirdlərin qarşısında mobil texnologiyaların növbəti inkişaf trendləri, Süni intellekt (AI), ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.
Həmçinin lider mobil operator tərəfindən hazırlanmış xüsusi proqram iştirakçılara Azercell-in “Şəbəkə Texnologiyaları” departamentinin və “Əlaqə Mərkəzi”nin fəaliyyəti ilə də real iş mühitində tanış olmağa imkan verib. Şagirdlər üçün müxtəlif viktorinalar təşkil edilib, hədiyyələr və sertifikatlar paylanılıb.
Qeyd edək ki, Azercell uzun illərdir ADA Universiteti ilə əməkdaşlıq edir. 10 ildən artıq davam edən bu tərəfdaşlıq çərçivəsində mobil operator ölkədə yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verir. Belə ki, şirkət ADA-nın İKT sahəsində peşəkarların yetişdirilməsi səylərini dəstəkləyərək bu universitetdə təhsil alan tələbələr üçün təqaüdlər ayırır, təlimlər təşkil edir və şirkətdə təcrübə keçmək imkanı yaradır. Bununla yanaşı, lider mobil operator ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























