“Azərpoçt” və Mediasiya Şurası arasında müqavilə imzalanıb

“Azərpoçt” MMC Mediasiya Şurasına korporativ xidmət göstərəcək.
Bununla bağlı qurumlar arasında “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq nəticəsində mediasiya proseslərinin yekun nəticəsi olan sənədlərin dəqiq uçotunun aparılması, sənədlərin, sazişlərin mötəbərliliyinin artırılması üçün “Azərpoçt”un istehsal etdiyi holoqramların Mediasiya Şurası tərəfindən istifadəsinə başlanılacaq.
Holoqram mediasiya proseslərində iştirak edən tərəflərə təqdim ediləcək yekun sənədlərdə (İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, Barışıq sazişi və digər sənədlər) istifadə ediləcək. Xüsusi kodlarla nömrələnmiş holoqramın fərqliliyi bu holoqramların təkrarlana bilməməsindədir.
Qeyd edək ki, “Azərpoçt” MMC yazılı poçt göndərişlərinin mötəbərliliyinin qorunmasının təmini məqsədilə digər qurumlara da bu kimi xüsusi buraxılışlı holoqram və ya nömrəli markaların istehsalı ilə bağlı xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
