Azərbaycan sahibkarları və startapları “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə edə biləcəklər
KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək. KOBİA və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Niyyət Protokolunda İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin və startapların Türkiyənin Bilişim Vadisinin və onun Bakıdakı filialının imkanlarından istifadə etməsi, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər.
Bununla bağlı iyulun 10-da “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, sənəddə İKT sahəsində yerli müəssisələrin və startapların “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə etməsi, Türkiyənin Bilişim Vadisi tərəfindən təşkil edilən proqramlar və digər tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrin iştirakına şərait yaratmaqla onların inkişafına töhfə vermək, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində birgə tədbirlərin həyata keçirilməsi, təlim, konfrans və digər tədbirlərin təşkili, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Niyyət Protokolunda həmçinin, “Bilişim Vadisi Bakı”nın iştirakçısı olacaq şirkətlərin "Startap" şəhadətnaməsi və qrant dəstəyindən yararlanması, KOBİA-nın dəstəyi ilə keçirilən sərgilərdə iştirakına dəstək göstərilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də iştirak etdiyi görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin, Türkiyənin Bilişim Vadisinin nümayəndələri “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap Mərkəzində yaradılmış imkanlarla tanış olublar.
Qeyd edək ki, Türkiyənin Bilişim Vadisi texnologiyalar, kibertəhlükəsizlik, proqram təminatı, dizayn, oyunlar və ağıllı şəhərlərə yönəlmiş tədqiqatlar aparır. Bilişim Vadisi bu sahələrdə çalışan sahibkarlara investiya, mentorluq, təlim və digər istiqamətlərdə dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
