Azərbaycanın sement şirkətinin satışdan gəliri 200 milyon manatı aşıb, 40 milyona yaxın mənfəət əldə edib
“Norm” ASC-nin ümumi gəliri 2022-ci ildə 27% artıb“Norm” ASC 2022-ci ilin audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Şirkət 2022-ci ili 39 milyon 474 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, "Norm" 2021-ci ili 28 milyon 397 min manat xalis mənfəət ilə bağlamışdı.
“Norm” ASC-dən Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, şirkətin satış gəliri 19% artaraq 203,6 milyon AZN təşkil edib, ümumi gəliri isə 27% artıb.
Həmçinin əməliyyat mənfəəti 34%, vergidən əvvəlki mənfəəti isə 40% artaraq, müvafiq olaraq 55,4 milyon AZN və 51 milyon AZN-ə çatıb.
“Ötən il “Norm” ASC olaraq nəinki satış həcmlərimizi artırmışıq, həmçinin Azərbaycanın sement sənayesində aparıcı müəssisə kimi əməliyyatlarda dayanaqlı inkişafa nail olmuşuq. Müxtəlif optimizasiyalar aparmaqla və istehsal əməliyyatlarının effektivliyini təmin etməklə, zavodun illik istehsal gücünü 100 min ton artırıb, illik 2,1 milyon ton sement istehsalına çatdırmışıq”, - deyə şirkətin Baş İcraçı Direktoru Henning Sasse qeyd edib.
Ötən il ərzində şirkətin mənfəətlilik göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb.
“2022-ci ildə yüksək qlobal inflyasiya şəraitinə baxmayaraq, xərcləri səmərəli idarə etməklə, mənfəətlilik göstəricilərimizi yaxşılaşdırmışıq. Nəticədə, dövlət büdcəsinə 15 milyon AZN mənfəət vergisi və digər vergilər ödəmişik ki, bu rəqəm Norm üçün rekord göstərici hesab oluna bilər”- şirkətin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib.
“Norm” ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu - NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























