Qarabağ yenidən qurulur, sement şirkəti böyüyür
Azərbaycanda sement istehsalçısı "Norm" ASC 2022-ci ili 39 milyon 474 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 28 milyon 397 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Norm" ASC-nin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 11 milyon 77 min manat və ya 39% artıb.
SATIŞDAN İLLİK GƏLİR 200 MİLYON MANATI KEÇİB
Marja.az xəbər verir ki, "Norm" ASC-nin satışdan gəlirləri 2022-ci ildə 170 milyon 864 min manat ikən, 2022-ci ildə 31 milyon 769 min manat və ya 19,2% artaraq 203 milyon 633 min manat təşkil edib.
Ötən il "Norm" ASC-nin cəmi gəlirləri 205 milyon 843 min manat, cəmi xərcləri 166 milyon 369 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Şirkətin cəmi gəlirləri 172 milyon 159 min manat, cəmi xərcləri isə 143 milyon 762 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB, AKTİVLƏRİ 300 MİLYON MANATI AŞIB
31 Dekabr 2022-ci il tarixində "Norm" ASC 307 milyon 702 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 299 milyon 56 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri tikinti materialları istehalçılarının, o cümlədən "Norm" şirkətinin satışına müsbət təsir göstərir.
Qarabağda "Norm" sementinə təlabat kəskin artıb, ötən il çatdırılma üçün əlavə 12 yük maşını alınıb. Bunun səbəblərindən biri müasir tələblərə cavab verən "Norm Sement" zavodunda tunellərin və yeraltı keçidlərin tikintisində istifadə olunan xüsusi növ sementin istehsal edilməsidir.
“Norm” ASC-nin Baş İcraçı Direktoru Henning Sassenin verdiyi məlumata görə, satış həcmləri artıb. Müxtəlif optimizasiyalar aparmaqla və istehsal əməliyyatlarının effektivliyini təmin etməklə, zavodun illik istehsal gücü 100 min ton artırılıb, illik 2,1 milyon ton sement istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 29 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

























