Birjalarda son vəziyyət
Ötən həftənin çərşənbə və günü cümə günləri ABŞ-da proqnozların çox altında açıqlanan inflyasiya göstəricilərindən sonra dollar indeksi (DXY) həftəni psixolijo dəstək həddi hesab edilən 100 bənd səviyyəsinin altında tamamladı.
İnflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır.
Bu həftə çərşənbə axşamı günü Amerikada açıqlanacaq iyun ayı pərakəndə satış məlumatlarının avtomobil satışlarında canlanma və benzin satışlarında artım səbəbiylə 0.5% artacağı proqnozlaşdırılır ki, bu da istehlakçı tələbinin davamlı olaraq yüksək qaldığını göstərir.
İnvestorlar həmçinin tikinti üzrə icazələrin və yeni tikilən mənzillərin sayı, eləcə də cari ev satışları ilə bağlı məlumatlarla mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində durğun qalması gözlənilən regional istehsal fəaliyyətləri ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaq.
Ötən həftəni 99.90 bənd səviyyəsində başa vuran DXY-da qiymətlər 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
EUR
Ötən həftəni 1.1220 həddinin üzərində tamamlayan EURUSD məzənnəsində qiymətlər 1.12$-ın üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər. Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2750 həddindən dəstək alaraq 1.3140 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi və pərakəndə satış dövriyyəsinin həcminə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
FOND BİRJALARI
İkinci rübün qazanc hesabat mövsümü gələn həftə ciddi şəkildə başlayacaq.
“Tesla” bu il ABŞ fond bazarında dominantlıq edən kütləvi artım və texnologiya nəhənglərindən ilk olaraq çərşənbə günü ikinci rüb üzrə nəticələrini paylaşacaq.
“Tesla”, “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon”, “NVIDIA Corporation” və “Meta Platforms” ilə birlikdə investorlar tərəfindən "Möhtəşəm Yeddilik" adlandırılan yeddi nəhəng şirkətin səhmləri bu il indiyədək 40% ilə 200% arasında dəyər qazanaraq “S&P 500”-dəki artımında əsas rol oynayıblar.
Rallinin digər sektorlara da yayıldığına dair əlamətlər var, lakin böyük qazanclar böyük qazanc gözləntiləri ilə gəlib. Beləliklə, “Tesla” və digər meqa-tutumlu şirkətlər bu rübdə uğursuzluğa düçar olarsa, bu, fond indekslərinə ciddi zərbə ola bilər.
Bir sıra digər böyük şirkətlər də gələn həftə öz gəlir hesabatını açıqlayacaqlar. Çərşənbə axşamı “Bank of America” və çərşənbə günü “Goldman Sachs” ilə bankların gəlir hesabatlarının dərci davam edəcək. Həmçinin “Johnson & Johnson”, “Netflix” və “Philip Morris” də hesabatlarını yayımlayacaqlar.
Qeyd edək ki, bu həftə ərzində həmçinin Kanadada açıqlanacaq inflyasiya göstəricilər və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzində olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
7 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
7 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















