Şirkət istehsalla əlaqədar 300-dək əməkdaşını Ağdama köçürəcək - DİREKTOR
Ağdamda “Made in Qarabağ” brendli tütün məmulatları istehsal ediləcəkİqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gələn ildən fəaliyyətini Ağdam Sənaye Parkında davam etdirəcək.
Bunu “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib.
Onun sözlərinə görə, hazırda 100-dən artıq çeşiddə məhsul istehsal edən QSC Ağdam Sənaye Parkında investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatları müəssisəsi yaradacaq, 300 nəfəri işlə təmin edəcək:
“Əsas məqsədimiz ən qısa müddətdə Ağdam Sənaye Parkında müasir standartlara uyğun yeni müəssisə inşa etmək, tütün məmulatlarının istehsalını Sumqayıtdan Ağdama köçürməkdir. İstehsalla əlaqədar 300-dək əməkdaşımızın Ağdama köçürülməsi nəzərdə tutulur”.
E.Cavanşir qeyd edib ki, bu layihə “Made in Qarabag” brendinin də təşviqinə imkan verəcək. Qarabağ iqtisadi rayonunda iqtisadi fəallığın təmini məqsədilə ilkin olaraq 500 hektar ərazidə tütün əkini planlaşdırılır. Layihənin davamı kimi 17 müasir istixana, 100 tütünqurutma kamerası, eləcə də inzibatı və anbar binası inşa ediləcək.
Qeyd edək ki, “Tabaterra” QSC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq fəaliyyətə başlayıb. Müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət göstərir ki, bunların illik istehsal həcmi 17 milyard ədəd siqaret təşkil edir. Hazırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco İnternational” və “İmperial Tobacco” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunur. Zavod yerli brendləri Gürcüstan bazarına ixrac etməyi planlaşdırır. Bu isə ölkəyə 13 milyon dollar vəsaitin daxil olması deməkdir.
© "Vergiler"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 29 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
























