Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Coca-Cola Azərbaycan" Bakı Dövlət Universitetinin məzunlarının yanındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Coca-Cola Azərbaycan" Bakı Dövlət Universitetinin məzunlarının yanındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Coca-Cola Azərbaycan uzun illərdir əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetinin Məzun Gününə dəstək olub. 

Bakı Dövlət Universitetinin 5500-dən çox məzununun və müəllim heyətinin iştirakı ilə Gimnastika Arenasında təşkil edilən Məzun Günündə Coca-Cola Azərbaycan Music Promonu əhatə edən səhnə qurub və canlı musiqi ilə tədbirə dəstək olub. 

Reklam_3_11

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət məzunların yanında olmaqdan məmnundur: 

“Coca-Cola Azərbaycan artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetinin məzun gününün sponsoru olur və gənclərin sevimlisi olan Coca-Cola məhsulları ilə tədbirə töhfəsini verir. Bu il isə həm də kampaniya çərçivəsində  musiqi səhnəsi qurulub. Burada məzunlara əsl musiqi möcüzəsi bəxş edilib. Azərbaycanın ən nüfuzlu universitetlərindən olan Bakı Dövlət Universitetinin məzunlarının sevincinə qoşulmaq bizi qürurlandırır. Məzunlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayırıq”. 

Qeyd edək ki, Coca-Cola İçecek-in (CCI) 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq bu ilin yanvar ayında Coca-Cola Azərbaycan Bakı Dövlət Universiteti (BDU) ilə tərəfdaşlıq memorandumu imzalayıb. Memorandum universitet tələbələrinin yerli və beynəlxalq tədbirlərdə iştirak miqyasını genişləndirməyi, onların qida sənayesi sahəsində elmi tədqiqatlar aparmasını və yeni texnologiyaların işlənib hazırlanmasında birgə fəaliyyət göstərməyi nəzərdə tutur. 

Xatırladaq ki, Coca-Cola-nın Music Promo kampaniyası artıq ikinci ildir Azərbaycanda keçirilir. Bu il 24 avqusta qədər davam edəcək kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “CocaCola Classic”, “CocaCola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kodu music.coca-cola.az internet saytında qeydiyyatdan keçirmək kifayətdir. Kampaniyada ümumilikdə 8,232 hədiyyə nəzərdə tutulub.

Coca-Cola Azərbaycan Bakı Dövlət Universiteti Elşad Fərzəliyev Məzun Günü
18.07.2023 12:18

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar