BMT-dən ərzaq qiymətləri ilə bağlı xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini tərk etmək qərarının qlobal ərzaq qiymətlərinə və inkişaf etməkdə olan ölkələrə böyük mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edərək, Moskvanı razılaşmaya qayıtmağa çağırıb.Rusiyanın taxıl sazişindən çıxması qərarının təsirləri BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Marja.az xəbər verir ki, bir çox üzv dövlət Rusiyanın razılaşmaya qayıtmasının vacibliyini vurğulayıb.
Çıxış edən BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi Rosemary DiCarlo Rusiyanın qərarından sonra qlobal ərzaq qiymətlərinin artmağa başladığına diqqət çəkib.
DiCarlo qeyd edib ki, bu, ən həssas cəmiyyətlərə mənfi təsir edən mövcud kənd təsərrüfatı, enerji və maliyyə böhranlarını daha da gücləndirir.
Rusiyanın Ukraynadakı limanlara hücumunun qida təhlükəsizliyinə əlavə zərbə vurduğuna diqqət çəkən DiCarlo, hücumların mülki vətəndaşların da itkisinə səbəb olduğunu bildirib.
"Qara dənizdə mülki gəmilərin hədəfə alına biləcəyi ilə bağlı təhdidlər qəbuledilməzdir", - DiCarlo bildirib.
"Qara dənizdə hərbi insident nəticəsində yarana biləcək bir qarşıdurmanın qarşısını almaq üçün hər cür tədbir görülməlidir. Əks halda, nəticələri hamımız üçün dəhşətli olacaq", -DiCarlo xəbərdarlıq edib.
BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits bəyan edib ki, Rusiyanın bu qərarı onsuz da çox çətin vəziyyətdə olan milyonlarla insana mənfi təsir edib.
Qey edək ki, taxıl qiymətləri artmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







