İsveçrənin nüfuzlu affinaj şirkətinin təmsilçiləri ölkəmizdə səfərdə olublar.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal edilən qızıl və gümüş tərkibli xəlitələrin saflaşdırılması və xarici bazarda satışı məqsədi ilə 2017-ci ildən etibarən əməkdaşlıq etdiyi İsveçrənin beynəlxalq nüfuzlu affinaj şirkəti “Argor-Heraeus”un təmsilçiləri ölkəmizdə səfərdə olublar.
“AzerGold”un yaydığı məlumatda bildirilir ki, səfər London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan “Argor-Heraeus” şirkətinin həmin Assosiasiyanın “Məsuliyyətli Təchizatçı” Proqramı çərçivəsində həyata keçirilib. Şirkətin nümayəndələri QSC-nin baş ofisində müxtəlif görüşlər keçirib, həmçinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini ziyarət ediblər.
Beynəlxalq şirkətin vitse-prezidenti, Qlobal biznes bölməsinin Maliyyə direktoru Frank Mohrhardt və Keyfiyyətə nəzarət üzrə rəsmisi Maryana Cheterbok QSC-nin fəaliyyətini beynəlxalq tələblər və şəffaflıq meyarları üzrə qiymətləndiriblər. Belə ki, qonaqlar hasilat və istehsalat prosesi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, işçilər üçün yaradılmış əmək şəraiti və digər istiqamətlər üzrə görülən işlərlə əyani tanış olublar.
Audit heyəti “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinə aksiyasının həyata keçirildiyi düşərgəni də ziyarət edib, müayinə prosesini izləyib, yerli sakinlər arasında müxtəlif sorğular keçiriblər. Qonaqlar QSC-nin korporativ sosial məsuliyyət sahəsində icra etdiyi layihələr haqqında məlumatlar toplayaraq təhlil ediblər. Yoxlamanın ilkin nəticəsi olaraq müsbət rəyin formalaşdığı qeyd edilib, “AzerGold”un fəaliyyətinin beynəlxalq mədənçilik standartları, norma və prinsipləri çərçivəsində təşkil edildiyi vurğulanıb.
Məlumat üçün qeyd edək ki, beynəlxalq təcrübəyə uyğun olaraq nüfuzlu affinaj şirkətləri hasilatçı şirkətləri müxtəlif meyarlar əsasında araşdırır, dünya səviyyəsində tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə müxtəlif mərhələli yoxlamalardan keçirirlər. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə müsbət rəy verilir. Xatırladaq ki, “AzerGold” QSC-yə müvafiq müsbət rəy 2017-ci ildə təqdim edilib.
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
-
15 d. əvvəl
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
- 38 d. əvvəl
-
1 saat əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
Ən çox oxunanlar
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















