Rəşt-Astara dəmir yolunun tikintisi 2028-ci ilədək bitə bilər
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
“TASS“ın verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəhbəri Vitaliy Savelyev bildirib.
“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik”, - Vitaliy Savelyev qeyd edib.
Onun sözlərinə görə, “Rusiya Dəmir Yolları” Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.
Qeyd olunur ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək (Azərbaycan ərazisindən keçməklə - red.) Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
42 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)





