SOCAR üçün yeni əməliyyat modeli təsdiq olundu - CABBAROVUN SƏDRLİYİ İLƏ İCLAS
İdarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni əməliyyat modeli təsdiq olunub.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2022-ci il büdcəsinin icrası və maliyyə-təsərrüfat fəaliyyəti barədə müzakirə aparılıb, ötən il şirkətin maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
İclasda idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni əməliyyat modeli təsdiq olunub.
Müşahidə Şurasının iclasında, həmçinin şirkətin 2023-cü ilin yarımillik fəaliyyəti üzrə nəticələr nəzərdən keçirilib, 2024-cü il və sonrakı 3 il üçün büdcə proqnozları və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, xam neft və qaz kəşfiyyatı və hasilatı sahəsində effektivliyin artırılması, şirkətin “yaşıl enerji” istehsalında fəaliyyətinin gücləndirilməsi, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, biznes dayanıqlılığının və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlər və gələcək hədəflər barədə müzakirə aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























