SOCAR-ın neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı artıb
Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 19 min metrə yaxın qazma işləri həyata keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon ton neft və 11,9 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr təbii qaz ixrac olunub.
Qeyd edilib ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan çox neft, 5,6 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 857 milyon kubmetrəyaxın təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 610 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 2,5 milyard kub metr təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























