Avropa Mərkəzi Bankı "faiz artırmağa davam" dedi
Avropa Mərkəzi Bankı (AMB, ECB) yeni faiz artımı qərarı ilə sərt pul siyasəti prosesini davam etdirib.Avro Bölgəsində inflyasiya hədəf səviyyələrin üzərində qalmağa davam edərkən, Avropa Mərkəzi Bankı (AMB, ECB) sərtləşdirmə prosesində növbəti dəfə faiz artırıb.
Marja xəbər verir ki, ECB faiz dərəcələrini 0,25 faiz bəndi də artırıb. Bu artımla depozit faiz dərəcəsi 3,75 faizə, əsas faiz dərəcəsi 4,25 faizə, təkrar maliyyələşdirmə dərəcəsi isə 4,50 faizə yüksəlib.
Bloomberg sorğusuna qatılan iqtisadçıların da gözləntiləri faiz dərəcəsinin 0,25 faiz bənd artırılacağı istiqamətində idi.
İyun ayında avro zonasında inflyasiya 5,5 faiz olaraq qeydə alınıb.
İnflyasiyanın çox uzun müddət yüksək səviyyədə qalmasının gözlənildiyi bildirilib.
Mətndə faiz dərəcələrinin gələcək qərarların təsiri ilə kifayət qədər məhdudlaşdırıcı olacağı da vurğulanıb.
Əsas inflyasiyanın ümumən yüksək olaraq davam etdiyini, bəzi rəqəmlərin rahatlama əlamətləri göstərdiyini qeyd edən ECB, maliyyələşdirmə şərtlərinin yenidən sərtləşdiyini və inflyasiyanın hədəfə geri çəkilməsində mühüm faktor olan tələbi tədricən azaltdığını bildirib.
Bazarlar sentyabr ayı üçün faiz dərəcəsi qərarında axtardıqları aydın mesajı tapa bilməyiblər.
Bankın press-relizində “İdarə Heyətinin gələcək qərarları inflyasiyanın 2 faizlik ortamüddətli hədəfə vaxtında qaytarılmasını təmin etmək üçün ECB-nin əsas faiz dərəcələrinin lazımi müddət ərzində kifayət qədər məhdudlaşdırıcı səviyyələrdə müəyyən edilməsini təmin edəcək. İdarə Heyəti məlumatlara əsaslanan yanaşmaya riayət etməyə davam edəcək",- bildirilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 12 d. əvvəl
-
-
56 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























