Bakı metrosunda yeni Almaniya eskalatorları quraşdırılacaq - 17 eskalator Bakıya yola salınır
Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir.“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilən eskalatorların qəbul-sınaq prosesində iştirak ediblər.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Almaniyanın Hamburq şəhərinə ezam edilmiş nümayəndə heyəti istehsal olunmuş 17 eskalatoru qəbul etməzdən əvvəl 3 gün ərzində sınaq prosesində iştirak ediblər. Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.
Qeyd edilib ki, “B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.
Quraşdırma proseslərinin ardıcıllığına və tələblərinə uyğun olaraq, eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaqlar keçiriləcək. Bu zaman bütün əsas komponent və qovşaqlar - ferma, baş intiqal, baş val, dartı stansiyası, dartı zənciri və s. yenidən yoxlanacaq.
Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.
Nümayəndə heyəti səfər çərçivəsində Bakı metropolitenində quraşdırılmış eskalatorlara qulluq, texniki xidmət, təmir və s. ətrafında müzakirələr apararaq qarşılıqlı təcrübə mübadiləsi və işbirliyini müzakirə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















