SAB yeni məhsullarını ictimaiyyətə təqdim edir
(®) Ən müasir texnoloji avadanlıqlara, laboratoriyalara, istehsal sexlərinə, anbarlara, daşınma sistemlərinə, habelə 300-dən çox yüksək ixtisaslı işçi heyətinə, ən əsası 25 illik təcrübəyə sahib olan SAB (“Zəhmət-Ruzi” MMC) Azərbaycanın qida sektorunda hər zaman öz birinciliyini qoruyur.
Ölkəmizdə ət və ət məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən SAB şirkətinin əsas məqsədi hər ötən gün inkişaf edən texnologiya erasının tələblərini və daim dəyişən istehlakçı davranışlarını qiymətləndirmək, alıcıların gözləntilərini əvvəlcədən kəşf etmək və inkişaf etdirməkdir.
SAB-ın keyfiyyət anlayışı, istehlakçılarının keyfiyyətli və təhlükəsiz qida ehtiyaclarını tam ödəmək və onlara əvəzolunmaz dad və təamlar yaşatmaq təməlləri üzərində qurulub. SAB istehlakçılarına yüksək keyfiyyətli, halal məhsullar təqdim etməklə yanaşı, həyatın hər mərhələsində fərqli sağlamlıq gözləntilərini qarşılamağı hədəfləyir və 100-dən çox qablaşdırma növü, o cümlədən müxtəlif çəkilərdəki fərqli məhsullarla alıcılarına çatır.
Şəhərləşmənin təsiri ilə kiçik, habelə yeni ailələrin sayının artması və insanların gündəlik qida tələblərinin ölçülməsi nəticəsində SAB şirkəti məhsul çeşidlərini inkişaf etdirməyi hədəfləmişdir. Alıcılarının sağlamlığı və təhlükəsizliyi naminə, habelə gigiyena və keyfiyyət normalarına uyğun şəkildə pandemiya dövründə əldə etdiyi intensiv gigiyena tədbirləri və effektiv yoxlama təcrübələri ilə bu sahədə fəaliyyətini daha da genişləndirmişdir.
Bununla əlaqədar olaraq bildirilir ki, SAB “Kövsər” adı altında 5 yeni növ məhsulunu ölkə əhalisinin və ictimaiyyətin diqqətinə təqdim edir. Bunlar, Kövsər kolbasaları olan Doktorskaya, Lyubitelskaya, Servalat, Oxotnisa və Kövsər Sosisləridir. Kövsər məhsullarının ət tərkibi mal əti və toyuq filesinin unikal kombinasiyası ilə təmsil olunur və adıçəkilən məhsulların ən xüsusi özəlliyi onların ədədli satışının təşkil edilməsindədir. Belə ki, ölkəmizdə tuğyan edən Covid-19 pandemiyasından sonra bazar tələblərini nəzərə alaraq məhsulların minimum toxunuşla əldə olunması, ələlxüsus da heç bir tərəzidə ölçülmədən birbaşa piştaxtadan götürərək satın alınması təmin edildi. Xüsusilə də qeyd edilməlidir ki, sözügedən məhsulların eyniölçülü və az çəkili olması nəticəsində artıq hər bir alıcı öz büdcəsinə, habelə zamanına qənaət edə biləcəkdir. Qeyd edək ki, qidanın alışdan sonra bir dəfə istehlakının təminatı üçün çəkilər aşağı həddə müəyyənləşdirilmişdir ki, məhsul qismən istifadə edildikdən sonra (doğranılmış) soyuducu və yaxud uyğun olmayan temperaturda saxlanılmasının qarşısı alınsın. Yeni Kövsər məhsulları SAB-ın yüksək keyfiyyət və tam halallığını özündə ehtiva edir. Və yaxın gələcəkdə alıcıların ağız dadlarına uyğun olaraq Kövsər məhsul çeşidlərinə Vetçina və Sardelka növlərinin əlavə edilməsi planlaşdırılmışdır. Son olaraq bildirilir ki, alıcılar yeni Kövsər məhsullarını ən qısa müddətdə ölkəmizin bütün satış nöqtələrində əldə edə biləcəkdir.
Yeni məhsulların çəkiləri:
Dokstorskay (350 gr), Lyubitelskaya (350 gr), Sosis (260 gr), Oxotniçya (150 gr), Servelat (250 gr)
SAB məhsullarının zəmanəti ilə hazırlanan süfrələrdə sevdiklərinizlə hər zaman xoş və ləzzətli anlar yaşayacaqsınız.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























