1,8 milyard manatlıq satış, 436 milyon manatlıq xalis mənfəət - DÖVLƏT ŞİRKƏTİ MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
"Azərenerji" ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2021-ci ili 147 milyon 227 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərenerji"nin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Azərenerji"nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb).
Ötən il "Azərenerji" ASC-nin yığılmış zərəri 436 milyon 506 min manat azalaraq 2 milyard 164 milyon 739 min manata düşüb.
2022-ci ildə "Azərenerji" ASC-nin cəmi aktivləri 374 milyon 677 min manat və ya 9% artaraq 4 milyard 522 milyon 509 min manata yüksəlib. 31 dekabr 2022-ci il tarixində "Azərenerji" ASC-nin 1 milyard 172 milyon 998 min manat uzunmüddətli və qısamüddətli kredit borcları olub (2021-ci ilin sonunda 1 milyard 332 milyon 449 min manat təşkil etmişdi).
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Səhmləri dövlətə məxsusdur.
Azərbaycan Prezidentinin 4 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. O, "Əməkdar mühəndis" adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























