ADY istismar müddətini başa vurmuş daha 110 soyuducu vaqonu emal müəssisələrinə təhvil verdi
‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC istismar müddətini başa vurmuş və bərpası mümkün olmayan hərəkət tərkibinin utilizasiyasını davam etdirir. Bu ilin iyun-iyul aylarında Yeni Ələt stansiyasında mövcud olan daha 110 ədəd soyuducu vaqon demontaj edilərək təkrar emal üçün yerli müəssisələrə təhvil verilib.
QSC-nin yaydığı məlumatda qeyd edilib ki, soyuducu vaqonların demontajı zamanı vaqonun yararlı ehtiyat hissələri sökülərək anbara təhvil verilir və digər vaqonların texniki təchizatında təkrar istifadə edilir.
ADY hazırda Ələt Refrejator Deposunda mövcud olan 24 ədəd soyuducu vaqonun demontaj işlərinə başlayıb. İlin sonuna kimi isə mərhələli şəkildə H.Z. Tağıyev adına Çeşidləmə stansiyasında dayanmış vaqonların da utilizasiya prosesi həyata keçiriləcəkdir.
Qeyd edilib ki, ADY tərəfindən 2015-ci ildən bu günə kimi, ümumilikdə 15.852 vaqon utilizasiya edilmişdir.
Xatırladılıb ki, ADY utilizasiya ilə bağlı yerli şirkətlərə öncədən sorğu ünvanlayaraq metalın satışını müsabiqə formasında və şəffaf qaydada təşkil edir.
ADY növbəti onillikdə ölkənin sosial-iqtisadi prioritetləri çərçivəsində təmiz ətraf mühit və ‘’yaşıl artım’’ ölkəsi hədəfinə uyğun olaraq fəaliyyətində ətraf mühitin qorunması və hərəkət tərkibinin yenilənməsi istiqamətində yeni nəsil eco-qatarların alınması məqsədilə bir neçə layihələr üzərində işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 24 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)












.jpg)


