Biznes kartları və əməkhaqqı kartları pulsuzdur
Unibankın biznes üçün yay kampaniyası davam edir(®) Biznes kartlarını və əməkhaqqı kartlarını pulsuz əldə etmək istəyirsinizsə, avqustun sonunadək bu imkandan faydalana bilərsiniz. Çünki Unibankın 3 aylıq “Yay kampaniyası” hələ ki davam edir.
Unibank müştərisi olmaq istəyən biznes sahibləri bu çox sərfəli kampaniyanın fürsətlərindən istifadə edə bilərlər.
“Yay kampaniyası” çərçivəsində bankda 31 avqust tarixinədək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur.
Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq. Bu kampaniya korporativ müştərilərə öz vəsaitlərinə qənaət etməyə imkan yaradır.
“Unibank”da onlayn hesab açmaq (https://hesab.unibank.az/login) və ya əməkhaqqı layihəsinə qoşulmaq (https://online.unibank.az/corporate) isə çox asandır.
Bank fərdi və hüquqi şəxs olan sahibkarların işini asanlaşdımaq, onların vaxtına dəyər qatmaq üçün xeyli müddətdir ki, onlayn hesab xidmətini istifadəyə verib. Bu xidmət hər bir sahibkara harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab açmaq imkanı verir. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır. Onlayn hesab açılan kimi İnternet Bankinq və Mobil Bankinq xidmətləri də dərhal aktiv olunduğundan, biznes sahibi istədiyi vaxt hesabında istədiyi əməliyyatı aparmaq imkanı qazanır.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək























