ATİB-in İdarə Heyəti və bir qrup üzvləri Şimali Kiprdə işgüzar səfərdə olublar
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti və bir qrup üzvləri 8-11 avqust tarixlərində Şimali Kipr Türk Respublikasında (ŞKTR) işgüzar səfərdə olublar.
ATİB-in yaydığı məlumatda bildirilir ki, ŞKTR-nın Azərbaycan Təmsilçiliyinin təşkilatı dəstəyi ilə düzənlənən səfər proqramında heyəti ŞKTR-nın Azərbaycandakı təmsilçisi xanım Ufuk Turğaner müşaiyət edib.
Qeyd edilib ki. nümayəndə heyətini ilk olaraq ŞKTR-nin Prezidenti Ersin Tatar qəbul edib. Görüşdə prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsinin vacibliyini qeyd edib. ATİB İdarə heyətinin sədri,nümayəndə heyətinin başçısı Cemal Yanğın qəbula görə prezident Ersin Tatara təşəkkür edib və ATİB-ə üzv olan iş adamlarının Şimali Kiprdə yeni layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib. Görüşün sonunda nümayəndə heyətinin başçısı Cemal Yanğın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa haqqındakı kitabı prezident Ersin Tatara hədiyyə edib.
Səfər çərçivəsində ATİB nümayəndə heyətinin Şimali Kıpr Nazirlər Kabineti yanında Kipr Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru Ebru Kaptan Sertoğlu, Kipr Türk Sənaye Palatasının sədri (KTSO) Əli Kamacıoğlu, Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ekologiya naziri Fikri Ataoğlu, İqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, Kənd Təsərrüfatı və Təbii Sərvətlər Naziri Dursun Oğuzla keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələr müzakirə edilib.
ATİB nümayəndə heyətinin səfər proqramına uyğun olaraq Kipr Türk Ticarət palatasının sədri Turgay Deniz və idarə heyətinin geniş tərkibli üzvləri ilə keçirilən görüşdə Palatanın sədri Turgay Deniz Azərbaycanla turizm,kənd təsərrüfatı və diğər sahələr üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi. ATİB idarə heyətinin sədri Cemal Yanğın məlumat veribki, 70 il sosialist iqtisadi sistemində olmasına baxmayaraq, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə də davamlı islahatlar apararaq bazar iqtisadi sisteminə keçdi və buğün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam edir. Görüşün sonunda ATİB-lə Kipr Türk Ticarət Palatası arasında əməkdaşlıq protokulu imzalanıb.
Daha sonra ATİB nümayəndə heyəti Yaxın Doğu Universitenində oldublar və Universitetin İnnovvasiya Mərkəzi tərəfindən istehsal edilən “Günsel” avtomobilləri ilə tanış ediliblər. Ü niversitetin prorektoru Doç.Dr Murat Tuzinkan,yerli istehsal olan bu elektrik avtomobillərinin texniki göstəriciləri baradə ətraflı məlumat verərək bildirib ki, yaxın gələcəkdə satışa çıxarılacaq bu avtomobillərin qardaş Türk Respublikalarında da zavodlarının qurulması nəzərdən keçirilir.
ATİB nümayəndə heyəti ŞKTR-a səfərləri çərcivəsində Kipr Türklərinin öndəri Dr. Fazil Küçükün və ŞKTR-nın qurucusu,ilk prezidenti Rauf Raif Denktaşın məzarlarını ziyarət ediblər. Kipr Türklərinin öndərlərinin əziz xatirələri anılıb və məzarları üzərinə tər güllər düzülüb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
























