Şirkət 20 işçisi ilə 4,3 milyon manat gəlir əldə edib - HƏR BİRİ 40 MİN MANAT QAZANIB
"Cənubtikintiservis"in xalis mənfəəti kəskin artıbAdından tikinti sektorunda fəaliyyət göstərdiyi təəssüratı yaradan "Cənubtikintiservis" ASC 2022-ci ili 2 milyon 53 min manat xalis mənfəət ilə başa vurub. ASC 2021-ci ili 1 milyon 388 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Cənubtikintiservis" şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 666 min manat və ya 48% artıb.
Marja.az xəbər verir ki, "Cənubtikintiservis"in əsas əməliyyat gəlirləri 2021-ci ildə 4 milyon 41 min manat ikən, 2022-ci ildə 4 milyon 328 min manata yüksəlib. Qeyd olunub ki, Şirkət icarə fəaliyyəti ilə məşğul olub. Şirkət bu milyonları cəmi 20 nəfər işçi ilə əldə edib. Belə ki, 2022-ci ildə Şirkətin işçilərinin sayı 10 nəfər azalaraq 35 nəfərdən 20 nəfərə düşüb (o cümlədən 7 nəfər Müşahidə Şurasında, rəhbərlikdə və Təftiş Komissiyasında çalışır). Ötən il "Cənubtikintiservis"in işçi heyəti üzrə xərcləri 802 min 421 manat təşkil edib (2021-ci ildə 794 min 598 manat olmuşdu). Ötən il hər bir işçisi orta hesabla 40 min 121 manat qazanc əldə edib.
Şirkət digər xərcləri 958 min 866 manat təşkil edib ki, bu xərclər də amortizasiya və sair əməliyyat xərcləridir. Şirkət bir manatlıq da mal material alışına xərc çəkməyib.
31 dekabr 2022-ci il tarixində "Cənubtikintiservis" ASC 16 milyon 337 min manat cəmi aktivlərə malik olub.
"Cənubtikintiservis" ASC-nin səhmləri 2 hüquqi və fiziki şəxslərə məxsusdur. Hüquqi şəxslərdən biri nizamnamə kapitalında 51% paya malikdir. Digər hüquqi şəxs 45,76% paya, fiziki şəxslər isə 3,24% paya malikdirlər. 2022-ci ilin mənfəətindən fiziki şəxs səhmdarlara (21471 səhm) hər biri üçün 5 manat dividend ödənilməsi barədə qərar qəbul edilib.
Şirkətin rəhbərliyində milliyətcə türkiyəlilər də təmsil olunur.
Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb və əsasən neft-qaz sektoruna xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 59 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























