Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markaları dövriyyəyə buraxılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markaları dövriyyəyə buraxılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 iyul-25 avqust tarixlərində Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilir.

Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunun ən güclü dörd iştirakçısından biri olduğunu nümayiş etdirib.

Xatırladaq ki, Dünya Kuboku Bakıda ikinci dəfə təşkil olunur. Bu mötəbər yarış Azərbaycanda ilk dəfə 2015-ci ildə keçirilib.

Bu münasibətlə “Azərpoçt” MMC tərəfindən 4000 tirajla, blok şəklində poçt markaları hazırlanıb və dövriyyəyə buraxılıb.

Markalar “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən möhürlənib.

Qeyd edək ki, şahmat filatelistlərin daima marağında olan mövzudur.

 

21.08.2023 15:57
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar