“Jackson Hole” simpoziumu öncəsi qlobal bazarlarda son vəziyyət
Bugün başlayacaq və iki gün davam edəcək olan “Jackson Hole” Simpoziumu öncəsi dollar indeksi (DXY) növbəti dəfə 103.50 bənd həddini qırmağa cəhd etsə də, yenə buna müəssər ola bilmədi. “Ayılar”ın ciddi müqaviməti ilə qarşılaşan DXY yenidən 103.40 bənd həddinə gerilədi.
Avrozonada, Almaniyada, İngiltərədə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinin proqnozlaşdırılandan da çox zəifləməsi fonunda avro və funt-sterlinq dünən günün əvvəlində dollar kəskin ucuzlaşsa da, Amerika sessiyasında bütün itkilərini geri alaraq günün əvvəlindəki səviyyələrə qayıtdılar.
Bugündən etibarən isə bütün diqqətlər “Jackson Hole” Simpoziumuna yönəlib.
"Jackson Hole" simpoziumu (24-26 avqust) dünyanın hər yerindən aparıcı mərkəzi bankların nümayəndələrinin iştirakı ilə keçiriləcək. Amma əsas məqam cümə günü səhər çıxış edəcək FED-in sədri Jerom Pavelin verəcəyi mesajlardır.
Federal Ehtiyatlar Sistemi tərəfindən keçirilən "Jackson Hole" İqtisadi Simpoziumu hər il ABŞ-ın Vayominq ştatının Cekson şəhərində keçirilir. Tədbir dünyanın hər yerindən mərkəzi bank rəhbərlərinin iştirak etdiyi üç günlük beynəlxalq konfransdır. Mərkəzi bank rəhbərləri dünya hadisələrini və maliyyə tendensiyalarını müzakirə edirlər, qlobal faiz dərəcələrinin ehtimal olunan istiqaməti üçün danışıqlar aparırlar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklıri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




