“Qazprom”un xalis mənfəəti kəskin azalıb
Rusiyanın enerji şirkəti "Qazprom"un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşüb. Rusiyanın ən böyük neft şirkəti olan Rosneft isə ilin birinci yarısında 652 milyard rubl (təxminən 6,8 milyard dollar) xalis mənfəət əldə edib.
“Qazprom”un xalis mənfəəti 2023-cü ilin birinci yarısında (yanvar-iyun) azalıb.
Marja.az "Qazprom"un yaydığı məlumata istinadən xəbər verir ki, şirkət ilin birinci yarısında 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə edib.
Şirkətin ilin ilk yarısında xalis mənfəətinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşdüyü qeyd edilib. Buna rublun dollar və avro qarşısında dəyər itirməsi səbəb olub.
Açıqlamada, şirkətin Avropaya göndərdiyi təbii qazın miqdarının azalmasının Çinə təbii qaz ixracatındakı artımla "qismən kompensasiya edildiyi" bildirilib.
Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.
Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft" ilin birinci yarısında 652 milyard rubl (təxminən 6,8 milyard dollar) xalis mənfəət əldə edib. Şirkətin ilin ilk yarısında 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə etdiyi bildirilib. Şirkətin gəlirləri 25% azalıb, bunun səbəbi neft qiymətlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib.
Açıqlamada şirkətin sözügedən dövrdə gündə 4 milyon barel neft hasil etdiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
1 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
1 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
2 saat əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
Son Xəbərlər

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

Bakıda “BYD” ilə müzakirələr aparılıb

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Port Baku"nun yanında metro stansiyası olacaq
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
