SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb
31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb. Bu xüsusda cari ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair imzalanan Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin daha da gücləndirilməsinə, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə və ölkəmizin hasilat potensialının artırılmasına dəyərli töhfə verəcəyi qeyd edilib.
Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fazası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpa olunan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 GVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpa olunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























